Accessibility links

ABŞ prezidenti Barak Obama Ağ Evdə ştat və yerli rəsmilərlə görüşür


ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə ştat və yerli rəsmilərlə bu yaxınlarda təsdiq edilən iqtisadi stimullaşdırma paletinin xərclənməsi yollarını müzakirə edir. Görüşdə Nyu York şəhərinin meri Maykl Blumberq, Kaliforniya və Pensilvaniya ştatlarının qubernatorları-Arnold Şvarznegger və Ed Rendell iştirak edir. Müzakirələr əsasən nəqliyyat infrastrukturunu əhatə edir. Bu isə yeni iş yerlərinin açılışı deməkdir. İki günlük Kaliforniya səfərini dünən başa vuran ABŞ prezidenti hibrib avtomobillər üçün daha yaxşı təchizat hazırlayan şirkətlərə 2 milyard dollar məbləğində qrant veriləcəyini deyib.

XS
SM
MD
LG