Accessibility links

İyulun 23-ü Qırğızıstanda prezident seçkiləridir


Qırğızıstan qanunvericiləri prezdient seçkilərinin iyul ayında keçirilməsi planını böyük səs çoxluğu ilə qəbul edib. Bir nəfər istisna olmaqla bütün deputatlar parlament komitəsinin məsləhətlərinin ardınca seçkilərin iyulun 23-də keçirilməsinə səs verib. Qırğız parlamentində böyük üstünlüyü prezident Kurmanbek Bakıyevin partiyasının üzvləri təşkil edir. Cənab Bakıyev keçən ay ikinci müddətə prezident seçilmək planlarını bəyan etmişdi. Parlamentdəki səsvermə ölkənin konstitusiya məhkəməsinin prezident seçkilərinin oktyabrın 25-ə kimi keçirilməsi barədə qərar çıxarmasından sonra olub. Qeyd edək ki, cənab Bakıyev 2005-ci ildə mübahisəli parlament seçkilərinin səbəb olduğu iğtişaşların və sabiq prezident Əskər Akayevin ölkədən qaçmasının ardınca hakimiyyətə gəlmişdi.
XS
SM
MD
LG