Accessibility links

Kəşmirdə Hindistan və Pakistan hərbi qüvvələri arasında toqquşma baş verib


Rəsmilər Pakistan və Hindistan hərbi qüvvələri arasında mübahisəli Kəşmir regionunda toqquşmanın baş verdiyini bildirirlər. İki ölkənin hərbi qüvvələri insidentin başlamasında bir-birini günahlandırıb. Hindistan rəsmiləri Pakistanı Kəşmir sərhəddi boyu atəşkəsi pozmaqda ittham edib, Pakistan rəsmiləri isə insidentlə bağlı Hindistana etiraz bildirildiyiyini elan ediblər. İki rəqib ölkə arasında münasibətlər keçən ilin noyabr ayında Mumbayda 170 adamın ölümülə nəticələnən hücumdan sonra gərgin olaraq qalır. Hindistan yrarlıqların pakistanlı olduğunu bildirirərək, Pakistan hökumətini onları dəstələməkdə ittiham edir. İslamabad bu ittihamı rədd edir.

XS
SM
MD
LG