Accessibility links

Şimali Koreya bu həftə iki Amerika jurnalistinin saxlandığına dair məlumatları təsdiq edib


Şimali Koreya iki Amerika jurnalistinin saxlandığı barədə yayılan xəbərləri təsdiq edib. Vaşinqton məsələni yüksək səviyyədə diplomatik yolla həll etməyə çalışır.

Şimali Koreyanın rəsmi xəbər agentliyinin bu gün açıqladığı məlumatda qeyd edilib ki, iki Amerika jurnalisti martın 17-də Çin sərhəddindən qeyri-qanuni olaraq Şimali Koreya ərazisinə daxil olduğu zaman həbs edilib. Jurnalistlərlə insidentdən əvvəl əlaqə saxlayan mənbələr bildirirlər ki, saxlanılanlar Çin mənşəli amerikalı Laura Ling və Koreya mənşəli amerikalı Euna Kimdir. Onlar San Fransiscoda ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor tərəfindən təsis edilmiş Current TV televiziyasının əməkdaşlarıdır. Jurnalistlər Şimali Koreyadan Çinə keçən qaçqınların hüquqlarının pozulması halları ilə bağlı video məlumat toplayırdılar.

Cənubi Koreya mətbuatında verilən məlumata görə, Amerika jurnalistləri Laura Ling və Euna Li çinli bələdçi ilə birlikdə Çin və Şimalı Koreya sərhəddində Tumen çayı sahilləri yaxınlığında saxlanılıblar.

1990-cu ilin ortalarından 10 minlərlə Şimali Koreya vətəndaşı ərzaq malları çatışmazlığı və siyasi təqiblərə görə Çinə pənah gətirib. Onların çoxu qadındır.

Bu arada, Dövlət Departamentinin rəsmisi bildirib ki, Birləşmiş Ştatlar məsələ ilə bağlı Şimali Koreyanın Nyu Yorkda BMT-dəki nümayəndəliyi vasitəsilə əlaqə saxlayıb. Amerika rəsmisi həmçinin bildirib ki, Dövlət Katibi Hillari Klinton jurnalistlərin azad edilməsi məsələsilə ciddi məşğul olur.


XS
SM
MD
LG