Accessibility links

Əfqanıstanda koalisiya qüvvələri reyd keçirib


Əfqanıstanda xidmət göstərən koalisiya qüvvələri bildirir ki, Tacikistan sərhədinin yaxınlığında həyata keçirilən reyd nəticəsində yaraqlı olmalarında şübhəli bilinən 5 nəfər öldürülüb və başqa 4 adam yaxalanıb. Koalisiya bildirir ki, Əfqanıstanın hərbi qüvvələri bazar günü Gündüz vilayətində bu reydin həyata keçirilməsinə yardım edib.Yerli Əfqan rəsmilərinin bəziləri bu xəbəri təkzib edərək deyirlər ki, reyd zamanı öldürülənlər şəhər meri üçün işləyən mülki vətəndaşdırlar. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
XS
SM
MD
LG