Accessibility links

Serbiya Kosovo barədə Beynəlxalq Məhkəmənin qərarını gözləməyə çağırır


Serbiya prezidenti Boris Tadic indiyə qədər Kosovonun müstəqilliyini tanımayan ölkələrə xəbərdarlıq edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyi məsələsində hökm çıxartmasına qədər məsələ ilə bağlı addım atmasınlar. Serbiya Kosovonun bir il əvvəl bir tərəfli olaraq Serbiyadan müstəqilliyini elan etmə qərarı ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edib. Serbiya lideri deyib ki, Kosovunun müstəqilliyini tanımaq barədə qərarlar məhkəmə prosesinə təsir göstərə bilər. BMT Təhlükəsizlik Şurası da Kosovonun müstəqilliyini müzakirə edir. BMT baş katibinin Kosovo üzrə xüsusi elçisi Lamberto Zanieri Təhlükəsizlik Şurasının iclasında deyib ki, Kosovonun bəzi hissələrində gərginlik davam etsədə ümumilikdə regionda vəziyyət sabitdir. Kosovonun müstəqilliyini indiyə qədər 56 ölkə tanıyıb.
XS
SM
MD
LG