Accessibility links

Siyasi İcmal: Rusiyanın hüquq müdafiəçisi mükafat alıb


Birləşmiş Ştatların Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarnın vəziyyətinə dair illik hesabatına əsasən, 2008-ci ildəRusiya Federasiyasında insan hüquqları sahəsində ciddi problemlər və pozuntular müşahidə edilib.

Buna baxmayaraq, Rusiya daxilində bəzi vətəndaş cəmiyyətləri təşkilatları ölkədə insan hüquqlarının pozulması hallarına diqqət verilməsi istiqamətində iş aparır.Belə təşkilatlardan biri qeyri-hökumət təşkilatı olan “Ananın haqqı” fondudur. Fond ictimaiyyətin diqqətini Rusiya ordusunda sülh dövründə ölümlərə çəkir və həlak olanların ailələrinə mənəvi və hüquqi dəstək verir.Bu ayın əvvəli Dövlət katibi Hillari Klinton “Ananın haqqı” fondunun təsisçisi və rəhbəri Veronika Marçenkoya 2009-cu il Beynəlxalq Qadın mükafatını təqdim edib.

“Biz onun hərbi xidmətdə həyatlarını itirmiş Rusiya ordusuna çağırılan gənclərin ailələri üçün ədaləti bərpa etmək işində liderliyinəhörmətimizi ifadə edirik. Onun həqiqət axtarışı, Rusiya ordusunda xidmət edənlər üçün insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılmasına çalışması və əvvəllər heç zaman, heç zaman heç kəsin qaldırmadığı suallara cavab tapmaq üçün orduda xidmət etmiş insanlar və onların ailələrini bir araya gətirmək səylərinə hörmət göstəririk.Çox sağ olun.”

Birləşmiş Ştatlar və digər suveren dövlətlər bütün vətəndaşlar üçün universal insan hüquqları və azadlıqlara hörmət etmək kimi vəzifədaşıyır, bütün vətəndaşlarsa bu vəzifələr yerinə yetirilməyəndə bunun haqda danışmaq kimi bir məsuliyyət daşıyır.


XS
SM
MD
LG