Accessibility links

İftixar Çoudri vəzifəsinə bərpa edildi


Bir ildən artıqdır vəzifəsindən uzaqlaşdırılmış Pakistan ali məhkəməsinin sədri bu gün öz işinə bərpa olunub. İftixar Məhəmməd Çoudri paytaxt İslamabadda Ali Məhkəmə binasına daxil olan zaman kütlə onu gül-çiçək içərisində böyük sevinclə qarşılayıb. Daha sonra məhkəmə zalıdna çoxsaylı insanın qarşısında Çoudri deyib ki, indi Pakistanın həqiqi məhkəmə hakimiyyəti bərqərar olunur. O, habelə vəkilləri sistemdə korrupsiyanı ləğv etməyə çağırıb. 2007-ci ildə sabiq prezident Pərviz Müşərrəf İftixar Çoudri və digər 60 hakimi istefaya göndərmişdi. Ötən həftə isə hazırkı prezident Asif Əli Zərdari müxalifətin tələblərinə boyun əyərək bir həftəlik nümayişlərdən sonra Çoudrini vəzifəsinə bərpa etdi.
XS
SM
MD
LG