Accessibility links

Andrey Luqovoy Soçi meri uğrunda seçkilərdə daha namizəd deyil


Moskvadan daxil olan məlumatlara görə, Britaniyada Kremlin sərt tənqidçisinin qətlində şübhəli bilinərək axtarışda olan sabiq DTK agenti 2014-cü il Yay olimpiya oyunlarına ev sahibliyi edəcək Rusiyanın kurort şəhərinə mer vəzifəsi uğrunda seçkilərdə daha namizəd deyil.

Liberal-demokrat partiyasının liderləri sabiq agent Andrey Luqovoyun partiyanın Soçidəki mer uğrunda seçkilərdəki nəmizədliyini nəzərdən keçirmədiklərini deyirlər.

Britaniyanın hüquq-mühafizə orqanları Luqovoyu 2006-cı ildə Londonda zəhərlənmiş Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Aleksandr Litvinenkonun qətlində əsas şübhəli kimi tanıyır.

Rusiya onu Britaniyaya təhvil verməkdən imtina edir. Luqovoy hazırda Rusiya Dumasının üzvüdür.

XS
SM
MD
LG