Accessibility links

NATO-nun Serbiyaya hücumunun 10 ili tamam oldu


Serbiya NATO-nun Kosovo ilə bağlı bombardman kampaniyasının 10 illiyini qurbanların xatirəsini yad etməklə qeyd edir. Məktəblərdə dərs bombardman qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb. Serbiya hökuməti deyir ki, 78 günlük kampaniya ərzində 2,500 mülki vətəndaş həlak olub. Yerli vaxtla saat 12 tamamda hava reydi həyəcan siqnalı çalınıb və rəsmilər Serbiyada hücuma məruz qalmış ərazilərə gül çələngləri qoymağı planlaşdırır. Serbiya kabineti habelə ildönümə həsr edilmiş xüsusi sessiya keçirir. Sərt xətt təmayüllü millətçilər bu gün Belqradda NATO əleyhinə etiraz aksiyası keçirib. 1994-cü il martın 24-də NATO o zamankı prezident Slobodan Miloşeviçin Kosovodakı zorakı kampaniyasına son qoymaq üçün Serbiyaya hava zərbələri endirməyə başlamışdı.

XS
SM
MD
LG