Accessibility links

Kristofer Hill ABŞ-in İraqda səfiri ola bilər


ABŞ-in İraqdakı növbəti səfiri vəzifəsinə nominasiya edilmiş şəxs bu gün Senatın Xarici Əlaqələr Komitəsidə yeni vəzifəsi ilə əlaqədar müxalif qanunvericilərin sullarını cavablandırıb.

Kristofer Hill əvvəllər ABŞ-ın Şimali Koreyanın nüvə proqramı üzrə danışıqlarda elçisi olub və Ağ Ev onun nadir bacarığından yeni vəzifədə istifadə etmək qərarına gəlib.

Hələlik yalnız iki senator – Arizona ştatından olan Con Makkeyn və Cənubi Karolinadan Lindey Qraham Hillin təyinatına qarşı çıxıblar. Onlar bunu sabiq elçinin Şimali Koreya ilə bağlı hesabatının ziddiyyətli olması ilə əlaqələndiriblər.

Hər iki senator Barak Obamadan seçiminə yenidən baxılmasını xahiş ediblər.

Senatın Xarici Əlaqələr Komitəsində Hilli komitənin sədri, Massaçusetsdən demokrat senator Con Kerri və İndianadan respublikaçı senator Riçard Luqar dəstəkləyir.

XS
SM
MD
LG