Accessibility links

Türkiyənin Mardin şəhərində partlayış baş verib


Türkiyədən alınan məlumatda bildirilir ki, bu gün ölkənin cənub-şərqindəki Mardin şəhərində baş verən partlayış nəticəsində bir nəfər ölmüş, iki nəfər yaralanmışdır. Dünən də təsadüfi partlayışın bir türk əsgərinin ölümünə səbəb olduğu xəbər verilmişdi. Türkiyənin NTV televiziyası mərminin Hatay vilayətindəki bazada, əsgərlərin hərbi təlim keçdiyi zaman baş verdiyini bildirmişdi. Xəbərtürk teleleviziyası partlayış zamanı 6 əsgərin yaralandığını bildirib.

Bunlarla yanaşı Türkiyənin Anadolu Xəbər Agentliyi məhkəmənin 1990-cı illərdə kürdlərin oğurlanaraq qətlə yetirilməsində əli olan polkovnik Camal Temizozu həbs cəzasına məhkum edib. Polkovnikə qarşı bu ittiham ölkənin cənub-şərqindəki Silopi və Cizri şəhərlərində öldürülənlərin sümükləri olduğundan şübhələnilən qəbirlərin aşkar edilməsindən sonra irəli sürülüb. Hadisə ilə əlaqədar Cizrinin keçmiş meri Kamil Atak da ittiham edilir. Kamil Atak o zaman kürd yaraqlılarına qarşı mübarizə aparan silahlı dəstənin başçısı idi.

XS
SM
MD
LG