Accessibility links

Moskva Çeçenistanda fəaliyyət göstərən ordunu çıxarmağı planlaşdırır


Moskva Çeçenistanda on ildən artıq davam edən müharibəni uğurla başa vuran 20 000-dən artıq əsgəri qüvvəsini çıxarmağı nəzərdə tutur. Rusiya televiziyası Kremlin dəstəklədiyi Çeçenistan prezidenti Ramzan Kadırovun hərbi qüvvələrin çıxarılmasının bu ayın sonunda başa çatdırılacağı deyilən bəyanatını yayıb. Cənab Kadırov deyib ki, separatistlərə qarşı mübarizə uğurla başa çatdırılıb. O, əlavə edib ki, Rusiyanın Çeçenistanda tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılsa, Çeçenistan Ruiya Federasiyasının normal bir hissəsi kimi fəaliyyət göstərə bilər. Kreml bu məlumata rəsmi münasibət bildirməyib.

XS
SM
MD
LG