Accessibility links

Terror şübhəlisi Səudiyyə rəsmilərinə təslim olub


İraqa terrorçu ötürməkdə şübhələnilən yüksək rütbəli Əl Qaeda lideri könüllü şəkildə Səudiyyə Ərəbistanı hüquq mühafizə orqanlarına təslim olub. Səudiyyə daxili işlər nazirliyi bildirir ki, Fahad əl Ruvayli krallığın 85 nəfərin daxil olduğu axtarış siyahısında idi. Rəsmilər deyir ki, o, ailə üzvləri ilə əlaqə saxlayaraq onlardan təslim prosesini nizamlamağı xahiş edib. Rəsmilər deyir ki, əl Ruvayli Suriya-İraq sərhədindəki təlim düşərgələrinə başlıca fiqurlardan biri idi. Səudiyyə Ərəbistanı şübhəlilərin siyahısını ötən ay açıqlayaraq şübhəliləri təsılim olmağa çağırıb.
XS
SM
MD
LG