Accessibility links

Qırğızıstan ABŞ hərbi qüvvələrinin bazaya qaytarılması məsələsini nəzərdən keçirmir


Qırğızıstanın Xarici İşlər naziri Kadırbek Sarbayev ABŞ-ın Qırğızıstandakı bazasının bağlanması haqda qərarın yenidən nəzərdən keçirilmədiyini bəyan edib. Sarbayev deyib ki, Qırğızıstan hökuməti ABŞ hərbi qüvvələrinin Manas hərbi bazasına qayıda bilməsinin mümkünlüyü məsələsini nəzərdən keçirmir. O bu açıqlamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Moskvada görüşdən sonra verib.

Keçən ay Qırğızıstan parlamenti ABŞ hərbi qüvvələrinin Əfqanıstanda Talibana qarşı mübarizə aparan NATO və koalisiya qüvvələrinin təchizatla təmin edilməsində başlıca rol oynayan Manas hərbi bazasından çıxarılmasına dair qərarı yekdilliklə təsdiq etmişdi. Qırğızıstan prezidenti Kumanbek Bakiyev Vaşinqtonun bazanın icarəsi üçün kifayət qədər pul verməməsindən şikayət etmişdi. O, bazanın bağlanması haqda qərarı Rusiya Qırğızıstana 2 milyard dollar məbləğində kredit və yardım verməyə söz verdikdən sonra elan etmişdi.

XS
SM
MD
LG