Accessibility links

Almaniya kansleri NATO-nu yeni risklərə uyğunlaşmağa çağırır


Almaniyanın kansleri Angela Merkel NATO-nun təhlükəsizlik aparatının yenidən təşkili və Rusiya ilə daha güclü müttəfiqlik alyansının yaradılması çağırışlarına dəstəyini bildirib. Bu gün Almaniya parlamentində danışan xanım Merkel deyib ki, NATO terrorizm və enerji təhlükəsizliyi kimi yeni sınaqlara uyğunlaşmalıdır. O bildirib ki, qərb alyansı Rusiya ilə münasibətələri qarşılıqlı inam prinsipi əsasında yaxşılaşdırmaq istəyir və Moksvanı ABŞ prezidenti Barak Obamanın təşəbbüslərinə cavab verməyə çağırıb. Kansler həmçinin Almaniyanın Əfqanıstanda ölkədə populyar olmayan hərbi missiyasını davam etdirmək qərarını müdaifə edib.

XS
SM
MD
LG