Accessibility links

ABŞ prezidenti bir neçə aparıcı bank rəhbərləri ilə görüşür


ABŞ prezidenti Barak Obama bu gün bir neçə aparıcı bank rəhbərləri ilə görüşüb, administrasiyasının iqtisadi strategiyasını müzakirə edir. Görüş adminitsrasiynın iqtisadi məsələləri müzakirə etdiyi ən məşğul həftəsinə təsadüf edir.

Obama administrasiyası hökumət və özəl investorların partnyorluğu ilə iflas qarşısında olan bankların borclarının 1 trilyon dollarının ixtisarına dair plan açıqlayıb.

Dünən ABŞ-ın maliyyə naziri Timoti Qaytner qanunvericiləri administrasiyanın nəhəng maliyyə təsisatlarının monitorinqinə imkan yaradan qanunun təsdiqinə çağırmışdı.

XS
SM
MD
LG