Accessibility links

Təbrizli fəal həbs olunub


Qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, Təbrizdə daha bir fəal həbs olunub. Həmin mənbələrin yaydığı məlumata görə, azərbaycanlı fəal Abbas Bənnayi Kazimi 3 gün öncə Təbriz küçələrinin birində gəzərkən Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılıb.

35 yaşlı təbrizli fəalın həbsindən əvvəl, təhlükəsizlik orqanları tərəfindən ona təzyiqlərin edilməsi barədə də bəzi xəbərlər yayılmışdı.
Həbsinin ardınca Ettelaat əməkdaşlarının cənab Kaziminin ailəsinə zəng edərək, hərəkatçının həbsi barədə məlumatın yayılmaması barədə xəbərdarlıq ediblər. Ettelaat əməkdaşları fəalın ailəsinə deyiblər ki, həbslə bağlı xəbər yayılarsa, cənab Kaziminin işi daha da ağırlaşa bilər.
Abbas Bənayi Kazimi ilk dəfə 2006-cı ilin mayında İran dövlət qəzetinin azərbaycanlıları təhqir edən karikaturasına qarşı Təbrizdə keçirilən etiraz aksiyaları zamanı həbs olunmuşdu. Təhlükəsizlik qüvvələrinə müqavimət göstərməkdə ittiham olunan fəalın saxlandığı qapalı təcridxanada ağır işkəncələrə məruz qaldığı bildirilir. 6 ay müddətinə həbsdə saxlandıqdan sonra azadlığa buraxılsa da, cənab Kazimiyə qarşı davamlı təzyiqlərin edildiyi bildirilir.

XS
SM
MD
LG