Accessibility links

Şanxay Əməkdaşlıq Təşkilatı Moskvada görüş keçirir


Rusiya, Çin və Orta Asiya dövlətlərinin nümayəndələri Moskvada görüşüb, Əfqanıstan məsələsini müzakirə edir. Şanxay Əməkdaşlıq Təşkilatının keçirdiyi bu toplantı əfqan strategiyasınınmüəyyənləşdirilməsində Asiyanın maraqlarının da nəzərə alınmasına siqnal mahiyyəti daşıyır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün bəyanatla çıxış edərək, Moskvanın Əfqanıstanda sabitliyin bərqərar edilməsi səylərinə qoşulmağa hazır olduğunu bildirib. Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya, Çin,Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistanüzvdür. Təşkilatın konfransında İran və Rusiya nümayəndələri, habelə BMT-nin baş katibi də iştirak edir.
XS
SM
MD
LG