Accessibility links

Əl-Qaidə koreyalıların qətlini öz üzərinə götürüb


Əl Qaidə bu ay Yəməndə Cənubi koreyalı turistlərə qarşı törədilmiş terror hücumunun məsuliyyətini öz üzərinə götürüb. İnternet vasitəsilə göndərilən mesajda Əl Qaidənin Ərəbistan yarımadasındakı bölməsi hücumu Cənubi Koreyanın ABŞ-ın başçılıq etdiyi müharibədə roluna cavab olduğunu bildirib. Qrup habelə bunu keçən il Yəmən hərbi qüvvələrinin keçirdiyi reydlər zamanı öldürülən bir neçə yaraqlının qisası adlandırıb. Bəyanat həqiqiliyini təsdiq etmək isə mümkün olmayıb. Cənubi Koreyalı 4 turist və onların yəmənli bələdçisi martın 15-də Şiban şəhərində intiharçı hücumunun qurbanı olmuşdu.
XS
SM
MD
LG