Accessibility links

Dmitri Medvedev və Barak Obama aprelin 1-də görüşəcəklər


Rusiya bildirir ki, prezident Dmitri Medvedev və ABŞ dövlət başçısı Barak Obama gələn həftə Böyük İyirmiliyin sammitində görüşləri zamanı nüvə silahlarının ixtisarı barədə sənəd imzalayacaqlar.

Kreml habelə bildirir ki, iki prezident ABŞ-Rusiya münasibətlərinə dair əsas bəyanatı qəbul edəcəklər.

Prezidentlər Medvedev və Obama ilk dəfə olaraq, aprelin 1-də Londonda Böyük İyirmiliyin sammiti çərçivəsində görüşəcəklər.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bldirib ki, iki dövlət başçısı habelə 1991-ci ildə qəbul olunmuş və istifadə müddəti dekabrda bitməli olan strateji silahların ixtisarına dair anlaşmaya qoşulmaq barədə bəyanat qəbul edəcəklər.

XS
SM
MD
LG