Accessibility links

Londonda Böyük İyirmiliyin sammitindən əvvəl aksiya keçirilib


Londonda Böyük İyirmiliyin sammitindən əvvəl aksiya keçirilib. Soyuq və yağışlı havaya baxmayaraq, on minlərlə insan küçələrdə yürüş təşkil edib. Nümayişçilər yeni iş yerlərinin açılması, iqlim dəyişikliyi ilə mübarizə, habelə imtiyazı olmayanlara qarşı ədalət tələb edib. Etiraz aksiyasının təşkilatçılarına həmkarlar ittifaqları, dini təşkilatlar və ətraf mühitin mühafizəsi qruplarının nümayəndələri də qatılıb. Nümayişlərin bir nüçə gün davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG