Accessibility links

ABŞ İraqdan hərbi qüvvələrin çıxarılması prosesini sürətləndirmək fikrində deyil


ABŞ prezidenti Barak Obama deyib ki, İraqda təhlükəsizliklə bağlı vəziyyətin düzəlməsinə baxmayaraq, Birləşmiş Ştatlar hərbi qüvvələrin İraqda çıxarılması prosesini sürətləndirməyi planlaşdırmır. Cənab Obama bu gün televiziya ilə yayımlanan müsahibəsi zamanı bildirib ki, İraqda təhlükəsizlik qüvvələrinə təlim veirlməsi kimi görüləsi işlər çoxdur. ABŞ prezidentinin bildirdiyinə görə, İraqdan hərbi qüvələrin çıxarılması planı düzgün bir plandır və o, hadisələrin düzgün istiqamətdə inkişaf etdiyinə inanır.

ABŞ hərbi qüvvələrinin döyüşən hissələri İraq şəhərlərindən bu il iyun ayının 30-a qədər, ümumilikdə isə İraqdan 2010-cu ilin avqust ayına qədər çıxmalıdır. Amerikanın on minlərlə əsgəri İraq təhlükəsizlik qüvvələrinə dəstək və təlim vermək üçün 2011-cu ilin sonuna qədər bu ölkədə qalacaq.

XS
SM
MD
LG