Accessibility links

ABŞ prezidenti Avropaya ilk səfərinə hazırlaşır


ABŞ prezidenti Barak Obama prezidentliyi dövrü özünün Avropaya ilk səfərinə hazırlaşır. Cənab Obama qlobal iqtisadi sammit, NATO və digər regional toplantılarda iştirak edəcək, bir sıra ikitərəfli görüşlər keçirəcək. Prezident Obama dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkəsinin iştirakı ilə G-20-lər sammitinə qatılmaq üçün həftənin çərşənbə axşamı günü Londona yola düşəcək.

ABŞ prezidenti sammit çərçivəsində Britaniya və Hindistanın baş nazirləri, Çin və Rusiya prezidentləri, habelə Səudiyyə Ərəbistanı kralı da daxil olmaqla dünya ölkələrinin liderlərilə görüşlər keçirməyi planlaşdırır. Həftənin sonu cənab Obama Fransada prezident Nikola Sarkozi və Almaniyada kansler Angela Merkellə görüşəcək.

ABŞ prezidenti bunlarla yanaşı, Ankarada olmağı və Türkiyə prezidenti Abdulla Güllə görüşməyi planlaşdırır.

XS
SM
MD
LG