Accessibility links

Dohada Ərəb Liqasının sammiti keçirilir


Bu gün Dohada Ərəb Liqasının sammiti işinə başlayıb. 22 ərəb ölkəsinin dövlət başçısı İsrail-Fələstin böhranı və İranın regionda artmaqda olan nüfuzu kimi məsələləri müzakirə edir. Suriya və Qətər Fələstinin Həmas qrupu və İranla yaxşı əlaqələrə malik olsa da, Misir və İordaniyanın İranla münasibətləri gərgindir.

Səudiyyə Ərəbistanının kralı Abdullanın barışıq səylərinə baxmayaraq, əlaqələrin normallaşdırılmasına nail olunmayıb. Misir prezidenti Hüsnü Mübarək isə sammitdə iştirak etmir.

Həbsinə dair hökm çıxarılan Sudan prezidenti böyük ehtiramla qarşılanıb. Beynəlxalq Haaqa Tribunalı Sudanın Darfur regionunda yol verdiyi müharibə cinayətləri ittihamı ilə Ömər Əl- Bəşirin həbsinə dair hökm çıxarıb.

Sammitin açılış çıxışında Əl-Bəşir BMT-nin Təhlükəsizlik Şurasını korrupsiyada ittiham edib. Suriya prezidenti Bəşər Əl-Əsəd ərəb liderlərini Sudan prezidentinin həbsinə dair hökmü rədd etməyə çağırıb.

XS
SM
MD
LG