Accessibility links

Huqo Çavez Sudan prezidentini müdafiə edir


Venesuela prezidenti Huqo Çavez Beynəlxalq Cinayət Məhkəməsinin Sudan prezidenti Ömər əl Bəşir barədə çıxardığı həbs hökmünü rədd edib. Başqa Latın Amerikası liderləri ilə birgə Qətərdə Ərəb liderləri ilə görüşən cənab Çavez hökmü üçüncü dünya ölkələrinin xalqlarına qarşı hörmətsizlik adlandırıb. Ərəb Liqasının Baş katibi Əmr Mussa da Dohada Ərəb sammitinin yekununda həbs qərarını rədd edib. Sammitin başlanğıcında Sudan prezidenti Bəşir məhkəmənin hökmü dondurmağa çağırmışdı. ABŞ Dövlət Departamenti ümid etdiyini bildirmişdi ki, 22 üzvlük Ərəb Liqası cənab Bəşiri Darfur böhranına görə pisləyəcək.
XS
SM
MD
LG