Accessibility links

Sərhədsiz Reportyorlar: ‘Tehran həbsxanasında ölən jurnalistin qətli ilə bağlı komissiya yaradılmalıdır’


Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” təşkilatı martın 18-də “Evin” həbsxanasında həyatını itirən İranlı veb yazar (bloqqer) Ümidrza Mirsiyafinin ölümünün araşdırılmasını tələb edib. Jurnalistləri müdafiə təşkilatı hesab edir ki, mərhum Mirsiyafinin ölümündə bir sıra şübhəli məqamlar var. Təşkilatın bildirdiyinə görə, vəkili Məhəmmədəli Dadxahın tibbi ekspertiza ilə bağlı tələblərinə baxmayaraq, mərhum jurnalistin ölümündən bir gün sonra tələsik və ekspertiza aparılmadan dəfn edilməsi həmin şübhəli məqamlardandir.
“Sərhədsiz Reportyorlar” təkidlə deyir ki, veb yazarı həbsxanada qətlə yetirilib və qətlin araşdırılması üçün müstəqil istintaq komissiyası yaradılmalıdır.
“Sərhədsiz Reportiyorlar” habelə Mirsiyafinin Tehranın “Loğman həkim” xəstəxanasına köçürülməsi və ölümünün vaxtı ilə bağlı həbsxana və xəstəxana sənədlərində ciddi ziddiyətlər aşkarladığını qeyd edir.
““ Evin” həbsxanası və İranın Ədliyyə orqanlarının rəsmiləri Mirsiyafini depresiyada olan şəxs və onun ölümünü intihar aktı kimi qələmə verməyə çalışırlar. Ancaq bu məlumatın özü göstərir ki, həbsxana rəhbərliyi bu təhlükənin qarşısını almaq üçün hər hansı addım atmayıb” - deyə “Sərhədsiz Reportiyorlar” Birləşmiş Millətlər Təşkilatının Söz Azadlığı eləcə də Qanunsuz Qətllər üzrə özəl təhqiqatçılarının dərhal İrana göndərilməsinə çağırıb.
Həbsxanada ölən jurnalistin ailəsi də müəmmalı ölümün baş verdiyi “Evin” həbsxanasının rəhbərliyinə qarşı iddia qaldırıb.
“İran İslam Cümhuriyyətinin liderlərini təhqir etmək”dəvə “ Dövlətçiliyə qarşı təbliğat”da ittiham olunan Ümidrza Mirsiyafi ötən ilin dekabrında Tehranın İslam İnqilabı Məhkəməsi tərəfindən 2 il yarımlıq həbsə məhkum olunmuşdu.O, fevralın 7-dən başlayaraqTehranın “Evin” zindanında cəzasını çəkirdi.
XS
SM
MD
LG