Accessibility links

Tərkibində fıstıq olan ərzaq məhsullarının salmonella bakteriyası daşıdığı ehtimal edilir


ABŞ-ın ərzaq təhlükəsizliyi rəsmiləri tərkibində fıstıq olan ərzaq məhsullarının yeyilməməsinə dair xəbərdarlıq verib. Belə ki, həmin məhsulların salmonella bakteriyası daşıdığı ehtimal edilir.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası Kaliforniyada yerləşən Setton fermasında fısdıq istehsalını dayandırıb və yarım milyon kiloqrama yaxın məhsulun geri çəkilməsinə göstəriş verib. İndiyədək salmonellaya yoluxma halları qeydə alınmayıb.

Setton ferması Amerikanın ikinci ən böyük fıstıq istehsalçısıdır. Gorciya və Texas ştatlarında yer fındığında aşkar edilən salmonella səbəbi ilə yüzlərlə adam zəhərlənib, 9 adam dünyasını dəyişib.

XS
SM
MD
LG