Accessibility links

Beytulla Məsud: 'Vaşinqtona hücum yaxındadır'


Talibanın Pakistandakı komandiri Lahordakı Polis Akademiyasına qanlı hücumun məsuliyyətini qrupun üzərinə götürüb. Telefonla xəbər agentliklərinə müsahibə verən Beytulla Məsud deyib ki, Lahor hücumu Pakistan hökumətinin ABŞ-ın Əfqanıstan-Pakistan sərhədindəki qəbilələrin yaşadığı ərazilərə hava hücumlarına dəstəyinə cavabdır. O, habelə Amerikanın onun başına qoyduğu 5 milyon dollarlıq mükafatı rədd edərək yeni hücumlara söz verib və ABŞ-ın da hədəf olacağını bildirib. Məsud “Associated Press” agentliyinə bildirib ki, Vaşinqtona hücum yaxındadır və bu dünyanı şoka salacaq. Qeyd edək ki, dünən həyata keçirilmiş hücum 8 yeni polis əməkdaşının ölməsi ilə nəticələnmişdi.
XS
SM
MD
LG