Accessibility links

ABŞ konqresmenləri Türkiyə-Ermənistan yaxınlaşmasını alqışlayır


Konqresmen Robert Veksler və ABŞ Konqresinin 3 yüksək rütbəli nümayəndəsi Ermənistan prezidenti Serj Sarkisyana və Türkiyə prezidenti Abdullah Gülə göndərdikləri məktubda Emənistan-Türkiyə yaxınlaşmasına güclü dəstəklərini ifadə ediblər. Məktubda Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Veksler, Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin sədri Con Murta və müdafiə məsələləri üzrə alt komitənin sədri Elsi Heystinqs Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasına yönəlik səyləri alqışlayıblar. “Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətin Ermənistan və Türkiyəyə öz əlaqələrini normallaşdırma və Qafqazda müsbət dionamika yaratma səylərini dəstəkləməsi vacibdir,” deyə cənab Veksler bildirib. Onun sözlərinə görə iki ölkə arasında əməkdaşlığın bünövrəsinin qoyulması və diplomatik təmasların yaranması həm ABŞ, həm də Türkiyə və Ermənistanın maraqlarına xidmət edir.
XS
SM
MD
LG