Accessibility links

Türkiyə erməni dilində proqramlar yayımlamağa başlayıb


Rəsmi Ankara Yerevanla münasibətləri bərpa etməyə çalışdığı vaxt Türkiyənin dövlət radiosunda erməni dilində proqramların yayımlanması başlayıb. Dövlət Televiziya və Radio korporasiyası olan TRT-də dünən erməni dilində 30 dəqiqəlik proqram yayımlanıb. Proqramların yayımının gündə 2 saat yarıma çatdırlması planlaşdırılır. Bu addım ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri ərəfəsi atılır. Türkiyə hökuməti prezident Obamanın ABŞ qanunvericilərinin ermənilərin Osmanlı imperiyası dövrü qəttlərini soyqırımı kimi tanımaq haqda qətnaməsinin qarşısını almasını istəyir. Prezident seçki kampaniyası dövrü cənab Obama soyqırımı tanımağa söz vermişdi.

XS
SM
MD
LG