Accessibility links

İsrailin yeni xarici işlər naziri tənqidlərlə üzləşir


İsrailə yenicə seçilmiş xarici işlər naziri Aviqdor Libermanın bəyanatı ərəb dünyasında böyük qəzəbə səbəb olub. Xarici işlər naziri İsrail müxallifəti tərəfindən də tənqidlərə məruz qalıb. Sabiq xarici işlər naziri Tzipi Livni Aviqdor Libermanın bəyanatını İsrailin sülhə tərəfdaş olmadığını nümayiş etdirdiyini deyib.Cənab Liberman bəyanatında İsrailin 2007-ci ildə Birləşmiş Ştatların sponsorluğu ilə İsrail–Fələstin münaqişəsinin həlli üçün təklif etdiyi plana öhdəliyinin olmadığınıvə güzəştlərin daha bir müharibəyə gətirib çıxaracağını deyib.Bu gün İsrail Ordusu Radiosuna verdiyi müsahibəsində xanım Livni bildirib ki, Libermanın bəyanatı İsrailin nüfuzuna zərbə endirir və baş nazir Benyamin Netanyahunu Libermandan uzaq durmağa çağırmışdır. Buna baxmayaraq Liberman bu gün dərc edilən “Haaretz” qəzetinə müsahibəsində də sərt-xətt təmayüllü çıxışını davam etdirmişdir. Onun sözlərinə görə fələstinlilər Qəzzada nəzarəti ələ alaraq Həması tərk silah etməyincə heç bir irəliləyiş əldə edilməyəcək.

XS
SM
MD
LG