Accessibility links

ABŞ-la Özbəkistan arasında razılıq imzalanıb


Birləşmiş Ştatlar Dövlət Departamentinin bildirdiyinə görə, ABŞ və Özbəkistan arasında Əfqanıstandakı NATO və ABŞ qüvvələrinə Özbəkistan ərazilərindən qeyri-hərbi təchizat daşınması ilə bağlı razılıq imzalanıb. Özbəkistan prezidneti İslam Kərimov bu razılığın əldə olunması barədə məlumatı hələ fevral ayında elan etmişdi, Pentagon isə bu barədə sənədin bu gün imzalandığını bildirib. Pentagon sözçüsü Brayan Vitman Özbəkistan ərazilərindən keçəcək təchizata ərzaq mallarının, tibbi və digər ləvazımatın daxil olduğunu deyib.


XS
SM
MD
LG