Accessibility links

Rusiyanın fəza missiyasının Yer kürəsinə qayıtması bir gün təxirə salınıb


Rusiyanın fəza agentliyinin rəsmiləri Beynəlxalq Fəza stansiyasına turistləri daşıyan pilotsuz idarə olunan gəminin enməsinin bir gün təxirə salındığını bildiriblər. Rəsmilərin sözlərinə görə, Soyuz kapsulu gələn həftənin çərşənbə axşamı günü əvəzinə çərşənbə günü Qazaxıstanda Yerə enəcək. Rəsmilər gecikməni enmə meydançasının Cezkazqan şəhəri yaxınlığına köçürülməsilə izah ediblər. Əsas enmə meydançası isə sellərə görə yararsız vəziyyətə düşüb. Kosmik gəmi Yer kürəsinə tərkibində bir milyardçı, amerikalı astronaft Maykl Finke və Rusiya kosmonaftı Yuri Lonçakovla qayıdır.

XS
SM
MD
LG