Accessibility links

Ərdoğan danimarkalını NATO-nın baş katibi görmək istəmir


Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan NATO baş katibliyinə Danimarka baş naziri Anders Foq Rasmussenin namizədliyinə bir daha etirazını bildirib. Türkiyə lideri NATO-nu sülhü qoruyan təşkilat adlandırıb. Ankara Danimarkanı Türkiyədəki kürd yaraqlılarının danışan gücü hesab olunan Kürd peyk telekanalını bağlamağa çağırıb. Cənab Ərdoğan qeyd edib ki, Danimarka baş naziri müsbət cavab verməyib. Daha sonra Türkiyə baş naziri Danimarkalı həmkarının sülhü təmin etməsinə şübhə ilə yanaşdığını bildirib.
XS
SM
MD
LG