Accessibility links

NATO sammitinə etiraz edənlər nəzarət altındadır


Fransa polisi deyir ki, Strasburqda NATO-nun 60-cı sammiti öncəsi zorakı etiraz aksiyaları keçirən 100-ə yaxın nümayişçi hələ də həbsdədir. Rəsmilərin sözlərinə görə, etirazçılarla polislər arasında baş verən toqquşma zamanı 300 nəfər nəzarət altına alınıb. Polis Strasburqun mərkəzinə doğru hərəkət edən nümayişçilərin qarşısını almağa çalışan zaman etirazçılar şüşələri qırıb və zibil qutularını yandırıb. Cavab olaraq isə polis gözyaşardıcı qazdan istifadə edib. İki günlük NATO sammiti Strasburqla yanaşı, Almaniya şəhəri Baden-Badendə də keçiriləcək.
XS
SM
MD
LG