Accessibility links

Şimali Koreyanın raketini fəzaya buraxmasına bir neçə saat qalır


Şimali Koreyanın uzaqmənzilli raketini fəzaya buraxmasına artıq bir neçə saat qalıb. Dünya liderləri buna öz münasibətlərini bildirməyə hazırlaşırlar. Cənubi Koreya prezidenti Li Myonq-Bak Şimali Koreyanın uzaqmənzilli raketini bu gün olmasa da sabah fəzaya buraxacağından əmin olduğunu bildirib. Aprel ayının 4-ü ilə 8-i arasında raketini fəzaya buraxmağa hazırlaşan Şimali Koreya beynəlxcalq ictimaiyyəti bu raketin satellit sistemi olduğuna və dinc mahiyyət daşıdığna inandırmağa çalışır.

Hava bürosunun məlumatına əsasən Şimali Koreyanın raketi fəzaya buraxdığı vaxt havanın buludlu və küləkli olacağı bildirilib. Bu isə raketin uçuşu haqda qərara təsir göstərə bilər.

Cənubi Koreyanın birləşmə naziri Hyun İn-Tik raketin fəzaya buraxıldığı təqdirdə hökumətin təhlükəsizlik tədbirləri görəcəyini deyib. Cənab Hyun Pxenyanın raketini aprel ayının 4-ü ilə 8-I arasında fəzaya buraxacağı rqaketin hər hansısa hissəsi və ya özünün səmada təhlükə yaratması ehtimalı üzündən uçuş marşrutlarını dəyişir. Birləşmə Nazirliyinin sözçüsü Li Jonq Ju isa sabahdan etibarənnazirlər kabinetinin fövqəladə işə başlayacağını bildirib.

Şimali Koreyanın peyk raketinin sınağının sülh mahiyyətli olduğunu deməsinə baxmayaraq, Cənubi Koreya, Yaponiya və Bilrəşmiş Ştatlar Şimali Koreyanın ballistik raketlər üçün başlıqlar istehsal etdiyini deyir və BMT-nin Təhlükəsizlik Şurasını təcili olaraq sınağın dayandırılmasına çağırırlar.

XS
SM
MD
LG