Accessibility links

Respublikaçılar Prezident Obamanın büdcə planını tənqid edir


ABŞ Prezidenti Barak Obama kreditlərin bərpa edilməsi, iş yerlərinin artımı, maliyyə nizamlamalarının islah olunması və iqtisadiyyatın yenidən qurulması üçün qlobal birliyə çağırır. Özünün həftəlik radio müraciətində cənab Obama həmçinin Çin Prezidenti Hu Cintao, Rusiya Prezidenti Dmitri Medvedev və Amerikanın NATO müttəfiqləri ilə görüşlərindən bəhs edib. O, ikigünlük danışıqlardan sonra bankların yenidən kredit verməsi və maliyyə nizamlamalarının sərtləşdirilməsi haqda razılığa gəlindiyini bildirib. Respublikaçıların cavab müraciətində Konqresmen Pol Ryan deyib ki, Amerikalı ailələr xərclərinə qənaət etdikləri halda federal hökumət də bu nümunədən ibrət almalıdır. Ryan bildrib ki, prezidentin büdcə planı Amerikanın hazırkı iqtisadi böhranını daha da dərinləşdirir. Konqres Demokratları bu həftə Respublikaçıların əleyhinə olmasına baxmayaraq prezidentin büdcə planını Nümayəndələr Palatasında və Senatda sadə səs çoxluğu ilə qəbul ediblər.
XS
SM
MD
LG