Accessibility links

Danimarkanın baş naziri NATO-nun yeni rəhbəri oldu


ABŞ prezidenti Barak Obama bildirib ki, NATO-nun bu gün Strasburqda keçirilən 60 illik yubiley sammitində Vaşinqtonun Əfqanıstanla bağlı yeni strategiyasına güclü və yekdil dəstək nümayiş olunub.

Cənab Obama deyib ki, ABŞ Əfqanıstanda təkbaşına hərəkət edə bilməz və NATO regionda hədəflərə çatmaq üçün real resurslara malikdir.

Strasburq sammitində yenicə NATO-ya qəbul edilmiş Albaniya və Xorvatiya liderləri ilk dəfə olaraq öz yerlərini tutublar.

ABŞ prezidenti Barak Obama alyansın digər üzvləri üçün qapının açıq olduğunu xüsusilə vurğulayıb.

Sammitdə həmçinin NATO-nun yeni baş katibi seçilib.

Türkiyənin etirazlarına baxmayaraq, Danimarkanın baş naziri Anders Foq Rasmusen NATO-nun yeni rəhbəri olub.

Rasmusen bu postda Yaap de Hoop Şefferi əvəz edəcək

XS
SM
MD
LG