Accessibility links

Əfqanıstanın cənubunda NATO əsgəri öldürülüb


NATO bildirir ki, Əfqanıstanın cənubunda baş verən bomba partlayışı nəticəsində bir əsgəri həlak olub. Lakin NATO bu hücum və ölən əsgərin milliyyəti barədə təfərrüatlı məlumat verməyib. Bu arada Amerika hərbçiləri deyirlər ki, Əfqanıstan və Amerikanın başcılıq etdiyi koalisiya qüvvələri Helmənd vilayətində quru və hava hücumları nəticəsində 20 yaraqlını öldürüblər. Amerika hərbçilərinin açıqladıqları bəyanatda qeyd edilib ki, dünən tərəflər arasında Kacaki mahalında toqquşmalar baş vermişdi. Koalisiya qüvvələri yaraqlıların atəşinə cavab verdikdən və təyyarəni yardıma çağırdıqdan sonra 20 yaraqlı öldürülüb. Xəbərdə həmçinin bildirilir ki, Kacaki mahalındakı yaraqlılar bomba istehsalı, silah qaçaqmalçılığı və narkotik fəaliyyətlə məşğuldur.
XS
SM
MD
LG