Accessibility links

NATO-nun yubiley sammiti mühüm bəyanatlarla işə başladı


Fransanın Strasburq şəhərində 28 ölkə liderinin iştirakı ilə keçirilən NATO-nun 60 illik yubiley sammitində Almaniya ilə Fransa ABŞ prezidenti Barak Obamanın Əfqanıstana dair irəli sürdüyü yeni strategiyanı qəbul ediblər.

Fransa prezidenti Nikola Sarkozi strategiyadan bəhs edərkən, orada diqqətin Əfqan təhlükəsiz qüvvələrinə təlimlərin keçirilməsi və eləcə də hərbi əməliyyatlarla paralel olaraq, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində birgə fəaliyyət göstərmək səylərinə yönəldilməsini tərifləyib.

Almaniya kansleri Angela Merkel isə liderlərə deyib ki, strategiya NATO üzvlərinə və eləcə də onun ölkəsinə Əfqanıstanda tapşırıqları yerinə yetirmək üçün iştirakını davam etdirməyə imkan verir.

Sarkozi habelə formal olaraq ölkəsinin 40 illik fasilədən sonra NATO-nun hərbi komandanlığı altına qayıtmasını elan edib.

Strasburq sammitində yenicə NATO-ya qəbul edilmiş Albaniya və Fransa liderləri ilk dəfə olaraq öz yerlərini tutublar.

ABŞ prezidenti Barak Obama alyansın digər üzvləri üçün qapının açıq olduğunu xüsusilə vurğulayıb.


XS
SM
MD
LG