Accessibility links

ABŞ mətbuatı: Obamanın Türkiyə səfəri  iki ölkə arasında yeni əməkdaşlıq dövrünü başlada bilər


Pol Riçtırın Los Angeles Tayms qəzetinin şənbə günkü nömrəsində çap olunan məqaləsində yazılır ki, Obamanın Türkiyə səfərinin məqsədi İraq və Əfqanistanda ABŞ-ın ehtiyacı olan bu müttəfiq ölkə ilə əlaqələri möhkəmləndirməkdir. Pol Riçtır yazır ki, Türkiyə ilə Ermənistan arasında əsaslı bir yaxınlaşmanın olduğu bir zamanda Obamanın Türkiyəyə səfərində bu yaxınlaşmanı önə çəkməsi gözlənilir və onun 24 Aprel bəyanatında soyqırım sözünü işlətməkdən imtina etməsi ehtimal daxilindədir.

Pol Riçtır məqaləsində qeyd edir ki, Türkiyə Ermənistan yaxınlaşması Obamanın seçki kampaniyası zamanında verdiyi sözü yerinə yetirib soyqırım sözünü işlətməsini istəyən Amerikalı Erməniləri ruhdan sala bilər. Belə ki, Ağ Ev 'soyqırım' sözünün işlədilməsinin Türkiyəni qəzəbləndirə biləcəyi və danışıqları təhlükə qarşısında qoya biləcəyi mövqeyindən çıxış edə bilər. Qəzetin yazdığına görə nümayəndələr palatasına Erməni soyqırımı məsələsi ilə əlaqədar verilən qanun layihəsi barədə sualın cavabında Ağ Evin nümayəndəsi bildirib ki, administrasiya diqqətini Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasına kömək etmək üzərində cəmləşdirib.

Nyu York Tayms qəzetində cümə günü dərc edilən şərhdə isə Obamanın Türkiyəyə səfəri vaxdı Türkiyəni Qərbə yaxınlaşdırmanın və əlavə demokratik islahatları həyata keçirməyə həvəsləndirilməsinin vacibliyinə işarə olunmaqla bu da qeyd edilir ki, ABŞ prezidenti eyni zamanda, Türkiyənin Avropa Birliyinə üzvlüyünün qarşısını almaq üçün əlindən gələni edən Sarkozi Fransasını başa salmalıdır ki, bir müsəlman demokratiyası olan Türkiyənin Avropa Birliyinə üzvlüyü hamının xeyrinədir. Nyu York Taymsın şərhində Türkiyənin İran və Suriya da daxil Yaxın Şərqdəki konfliktlərin həllində vasitəçi rolunun əhəmmiyyəti qeyd olunmaqla buna da işara edilir ki, Buş administrasiyasının İraq müharibəsi Türkiyədə Amerika əleyhinə əhval ruhiyəni həddən artıq gücləndirdi və Obamanın səfəri bu əhval ruhiyəni nisbətən dəyişə bilər. Qəzet yazır ki, biz bununla kifayət etməməli bu Qərb yönümlü istiqamətini dəyişmə təhlükəsi ilə üz üzə olan müttəfiq demokratiya ilə əlaqələri möhkəmləndirməliyik.

Bu arada Assoşieted Pres, prezident Obamanın Ankaraya səfərində modern Türkiyənin banisi olan Atatürkün qəbrini ziyarət edəciyini xatırladaraq ABŞ prezidentinin səfərinin simvolik cəhətinə işarə edir. AP yazır ki, prezident Obama Avropadakı görüşlərindən sonra qeyri-sabit bir regionda yerləşən müsəlman, sabit bir ölkəyə səfər edir. Agenliyin xəbərində yazılır ki, Türkiyənin Böyük Millət Məclisində çıxış edəcək ABŞ prezidentinin səfəri bu ölkənin regiondakı mövqeyinin daha da güclənməsinə kömək edəcək. Yerli ekpert Nihat Ali Ozcan deyir ki, Administrasiya ABŞ-ın İslam aləmindəki imicini yaxşılaşdırmaq istəyir və bu misiyaya Türkiyədən başlayıb ona görə ki, Türkiyə bu iş üçün ən asan ölkədir.

AP-in bildirdiyinə görə şənbə günü İstanbul və Ankarada Obamanın Türkiyəyə səfərinə qarşı və NATO əleyhinə nümayişlər keçirilib. Nümayişçilər “Yanki evinə qayıd”, “Biz səni istəmirik”, “Qatil Nato”, “ Əfqanıstana qoşun göndərmirik” kimi plakatlar qaldırıblar.

Kevin Sallıvan isə Vaşinqton Postun şənbə günkü nömrəsində yazıb ki, Obama, bu dünyəviçi ölkəyə səfəri ilə Türkiyənin Qərblə Şərq arasında körpü vəzifəsini yerinə yetirən bir məmləkət kimi strateji önəmini vurğulayır. Kevin Sallıvan yazır ki, Obama Türkiyəyə yetişən vaxt, Buş administrasiyası vaxdı baş verən gərginliklərdən sonra Amerika ilə münasibətlərin yaxşılaşdırılmasını arzulayan böyük əksəriyyəti müsəlman olan kütlə ilə qarşılaşacaq. O Türkiyənin İsrail, Pakistan və Əfqanıstanla münasibətlərini Əfqanistana bu qoşun göndərdiyini və İncirlik hərbi hava bazasının İraqdan geri çəkilmə və Əfqanistanda yüklərin daşınmasındakı önəmini xatırladır. Kevin Sallıvan yazır ki, Türkiyə regionda Amerikanın maraqlarına təsir göstərən hardasa bütün məsələlərdə rolu gettikçə artan bir ölkədir. Məqalədə Ərdoğanın xarici siyasət üzre baş məsləhətçisi Əhməd Davudoğluna istinad edilərək, Buş administrasiyası dövründəki çətinliklərə baxmayaraq indi iki ölkənin siyasətlərinin eyni olduğuna işarə edilir.

XS
SM
MD
LG