Accessibility links

Barak Obama:’ Nüvə silahları soyuq müharibə dövründən miras qalan təhlükədir’


ABŞ prezidenti mövcud olan nüvə silahlarının soyuq müharibə dövründən miras qalan təhlükə adlandırıb.

Barak Obama Çex Respublikasında on minlərlə insan qarşısındakı çıxışı zamanı dünyada nüvə silahlarının yox edilməsinə dair strategiyasından danışıb.

O, Rusiya ilə strateji silahların ixtisarına dair yeni saziş əldə edilməsinə çağırıb, ABŞ Senatı tərəfindən sınaqarı yasaqlayan sazişin ratifikasiyasının vacibliyini vurğulayıb.

Prezident Obama Şimali Koreyanın bu gün fəzaya raket göndərməsini qanunların pozulması kimi qiymətləndirərək, buna beynəlxalq miqyasda cavab verilməli vaxtı olduğunu deyib.

ABŞ dövlət başçısı İranla nüvə proqramının dayandırılmasına dair müzakirələr keçirilməsinin vacibliyini bir daha önə çəkib.

Lakin o, eyni zamanda İran təhlükə kimi qalarsa, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi yerləşdirilməsi planını həyata keçirəcəyini bildirib.

Barak Obama terrorizmlə mübarizə, Əfqanıstana yardım və qlobal iqtisadi böhranın təsirinə məruz qalan Şərqi Avropa ölkələrinə köməyə çağırıb.

ABŞ prezidenti Amerikanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəal tərəfdaş olacağına vəd verib.

XS
SM
MD
LG