Accessibility links

Rəcəb Tayyib Ərdoğan: ‘Azərbaycana da qulaq asmaq lazımdır’


Əksər Türkiyə qəzetləri bugünkü nömrələrində Barak Obamanın tarixi səfərini sərlövhəyə çıxararaq, Amerika liderinə ingilis dilində Xoş Gəlmisiniz deyə xitab ediblər.

Milliyyət yazır ki, Obama bu səhər Atatürkün movzeleyini ziyarət edərkən oradakı xatirə dəftərinə dahi türk liderinin məşhur “Yurdda sülh, cahanda sülh” kəlamını yazıb.

Daha sonra Türkiyə liderləri ilə görüşü zamanı tarixi səfərinin bütün dünyada jest kimi dəyərləndirilməsinə işarə edən Obama, bu mülahizələri elə türk dilində təsdiq edib.

Vətən qəzeti isə Obamanın parlamentdəki çıxışına geniş diqqət ayırır. Xüsusilə də prezidentin müsəlman dünyasına türk atalar sözü ilə “Yanğını odla söndürməzlər” deyə, müraciət etməsi qəzetin marağını çəkir.

Türkiyə prezidenti Abdulla Güllə danışıqlardan sonra Barak Obama Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün baş nazirin ofisinə yollanıb.

Hüriyyətin diplomatiya məsələləri üzrə müxbiri Zeynəb Gürçanlı bunun xüsusi jest olduğunu yazır.

Belə ki, beynəlxalq diplomatik protokola görə, prezidentlər rəsmi səfər etdikləri ölkələrdə baş nazirləri görüşmək üçün qaldıqları iqamətgaha yaxud da təmsil etdikləri ölkənin səfirliyinə dəvət edirlər.

“Obama isə Ərdoğanın ofisinə gələrək, ona bir jest etdi” – deyə qəzet yazır.

Hürriyət onu da qeyd edir ki, Obamaya Ermənistanla yaxınlaşma fəaliyyətləri barədə məlumat verən Ərdoğan deyib ki, “Türkiyə Ermənistan dialoqu problemin yanlız bir hissəsisidir”.

Qəzet daha donra Ərdoğandan aşağıdakı sitatı gətirir: “Bu məsələnin bir də Azərbaycanla bağlı boyutu var. Azərilər də bu olayın çox önəmli bir parçasıdır. Bu məsələyə bir tərəfli baxılmamalıdır, Azərbaycana da qulaq asmaq lazımdır”.

Amerika prezidentinin Türkiyənin müxalifət liderləri ilə görüşü də mətbuatın diqqətini çəkib.

CNN-Türk xüsusilə Barak Obamanın Türkiyənin etnik kürd azlığına yaxınlığı ilə seçilən Demokratik toplum Partiyasının lideri Əhməd Türklə dialoqunu xüsusi vurğulayır.

Belə ki, Amerika prezidenti kürd probleminin həllində yalnız dialoq yolunu tövsiyə edib.

XS
SM
MD
LG