Accessibility links

Amerikalı jurnalist İran həbsxanasında valideyinləri ilə görüşdü


İranlı vəkil Abdolsəməd Xorrəmşai deyir ki, Tehranda həbs olunmuş amerikalı jurnalist Roksana Saberinin valideyinləri bu gün qızları ilə həbsxanada görüşüblər.

Onun sözlərinə görə, Evin həbsxanasında baş tutan görüş yarım saat çəkib.

Saberi görüşdən sonra razılığını ifadə edib.

İran rəsmiləri jurnalisti yanvar ayında qadağan olunmuş fəaliyyətinə görə həbs etdiklərini bildirirlər. İttihama əsasən, o, mətbuat akkreditasiyasının ləğvindən sonra da fəaliyyətini qanunsuz olaraq davam etdirib.

Amerikada anadan olmuş Saberi həm İran, həm də ABŞ vətəndaşlığına malikdir.

31 yaşlı jurnalist son 6 ildə İranda yaşayıb və bu müddətdə bir neçə Qərb xəbər agentliyi üçün işləyib.

ABŞ dövlət katibi Hillari Klinton Saberi və digər 2 amerikalı ilə əlaqədar İrana rəsmi məktub göndərildiyini bildirib.

XS
SM
MD
LG