Accessibility links

Hindistanda 2 bomba partlayıb


Hindistan polisi deyir ki, ölkənin şimal-şərqində baş verən 2 bomba partlayışı 7 nəfərin həyatına son qoyub. Rəsmilər deyir ki, hücum nəticəsində onlarla insan yaralanıb. İlk partlayış Assam ştatının paytaxtı Qahati şəhərində olub. Bir neçə saat sonra ikinci bomba Dekiaculi şəhərində işə düşüb. Polis hücumü yaraqlı qrup olan Assam Birləşmiş Azadlıq Cəbhəsinin həyata keçirdiyini iddia edir. Sabah 30 illiyini qeyd edən yaraqlı qruplaşma etnik assamların müstəqil dövlətinin yaranması uğrunda mübarizə aparır. Bu hücum Hindistan baş naziri Manmohan Sinqin Assam səfərindən bir gün öncə həyata keçirilib. Baş nazir bu ay seçkilərdən öncə ştatda tərəfdarları qarşısında çıxış etməlidir.
XS
SM
MD
LG