Accessibility links

İsrail anti-raket sistemini sınaqdan keçirib


İsrailin müdafiə rəsmiləri İrandan qaynaqlana biləcək hücumların qarşısını almaq üçün nəzərdə tutulmuş qəbuledici raketin uğurla sınaqdan keçirildiyini xəbər verir. Rəsmilər deyir ki, “Arrow 2” raketi İranın Şehab mərmisinə bənzər hədəfi nişan alıb. Sınaq Aralıq Dənizi üzərində İsrailin qırıcı təyyarəsi tərəfindən həyata keçirilib. “Arrow” anti-raket sistemi İsrail və ABŞ tərəfindən birgə maliyyələşdirilir. Layihənin inkişafı təqribən 20 il bundan öncə başlamışdı. İraq 1991-ci ildə Körfəz Müharibəsi zamanı İsraili Skad raketləri ilə hədəf aldıqdan sonra proqramın inkişafı sürətləndirildi. İsrail rəsmiləri İranın gizlində atom bombası inkişaf etdirməsindən narahatdır.
XS
SM
MD
LG