Accessibility links

Pakistanla ABŞ terrorla mübarizədə qarşılıqlı inama ehtiyac duyurlar


Pakistan və ABŞ rəsmiləri Pakistanda Taliban və Əl-Qaidə terror qruplarından artan təhlükənin qarşısın almaq üçün iki ölkə arasında qarşılıqlı inama ehtiyac olduğunu vurğulayırlar.

Pakistanın xarici işlər naziri Mahmud Qureşi bu gün ABŞ-ın ölkəsinə dəstəyini alqışlayıb. Lakin o bir sıra vacib məsələlərdə fikir ayrılıqlarının qaldığını da qeyd edib.

Nazir Pakistan müxalifətinin ölkənin qəbilələr yaşayan bölğələrində ABŞ-ın yaraqlılara qarşı təyyarələrdən bomba hücumlarına etirazını təkrar edib.

Qureşi bu bəyanatları ABŞ elçisi Riçard Holbruk və Hərbi Qərargahlar rəisi Mayk Mallenlə bazar ertəsi İslamabadda apardığı danışıqlardan sonra səsləndirib.

Pakistan prezidenti Asif Əli Zərdari də Amerika rəsmiləri ilə görüşüb.

XS
SM
MD
LG