Accessibility links

Mahmud Əhmədinejad:`ABŞ səmimiyyət nümayiş etdirsə, İran danışıqlara hazırdır`


İranın sərt-xətt yönümlü prezidenti Mahmud Əhmədinejad deyib ki, prezident Barak Obamanın doğrudan da İrana qarşı mövqeyi səmimidirsə onun ölkəsi Birləşmiş Ştatlarla danışıqları razılıqla qarşılayacaq. İsfahan şəhərində yüz minlərlə insan qarşısında çıxış edən İran prezidenti deyib ki, Birləşmiş Ştatların son zamanlar dialoq barədə təkliflərini İran yalnız o zaman qəbul edəcək ki,onun sözləri ilə “doğrudan da bu ölkəyə qarşı münasibətlər səmimi olacaq.” Onun çıxışından gətirilən sitatlarda cənab Əhmədinejad “İranlıların da onların dövlətinə hörmət edən və qanun çərçivəsində yanaşanlara qarşılıqlı münasibət göstərəcəklərini” deyir.

Hələ yanvar ayında ABŞ prezidenti Barak Obama demişdi ki, əgər İran yumruğunu açarsa, onun administrasiyası İranla təmas qurmağa hazırdır. Lakin o zaman İran prezidenti Mahmud Əhmədinejad bunun Barak Obamanın prezidentlik kampaniyası üçün dediyini bildirmişdi. Mart ayında Barak Obamanın İran xalqını bahar bayramı - Yeni İl münasibəti ilə təbrik etməsindən sonraİranın ali ruhani lideri Ayətollah Əli Xamenei buna soyuq reaksiya verərək, ABŞ-dan konkret əməldə dəyişikliklər gözlədiyini bildirdi.


XS
SM
MD
LG