Accessibility links

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırır


Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan bildirib ki, Ermənistan və Azərbaycan arasında uzun sürən Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Ermənistan öz aralarındakı problemləri həll edənə qədər şözülmədliir.

Baş nazir Ərdoğan bu müxbirlərə deyib ki, o, BMT-ni Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırır.

Cənab Ərdoğan BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğlaçı kimi tanıyacağına və hərbi qüvvələrini Dağlıq Qarabağdan çıxarmağa çağıracağına ümid bəsləyir.

Cənab Ərdoğan ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupunun 17 ildir münaqişənin həlli ilə məşğul olduğunu əlavə edib.

Türkiyə münaqişədə Azərbaycana dəstək verərək, Ermənistanla sərhədləri 1990-cı illərdən bağlayıb. Ankara və Yeravan arasında diplomatik münasibətlər də mövcud deyil.

Bu həftənin əvvəli Ankaraya səfəri zamanı ABŞ prezidenti Barak Obama Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamağa çağırmışdır.

XS
SM
MD
LG